Çində  192  metr dərinlikdə qədim meşə aşkarlandı - FOTOLAR

18:55 12.05.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Çinli mağara kəşfiyyat qrupu Çinin cənubundakı Leye-Fenşan geoparkında nəhəng çuxur aşkar edib.

Hafta.az xəbər verir ki, bu barədə “The Watchers” nəşri məlumat yayıb.

Çuxurun uzunluğunun 306 metr, eninin 150 ​​metr, dərinliyinin isə 192 metr olduğu bildirilir.

Alimlərin fikrincə, çüxurun dibində yaxşı qorunmuş ibtidai dövrlərə aid meşə var. Qədim ağaclar təxminən 40 metr hündürlüyə çatır və sıx kölgəli bitkilər insanın çiyninə çatır.

Qeyd edək ki, Çin dilində “Tyanken” (səmavi çuxur) kimi tanınan nəhəng çuxurlar xüsusi geoloji xüsusiyyətlərə malik dərələr və ya nəhəng çÜxurlardır. Onlara əsasən Çin, Meksika və Papua-Yeni Qvineyada rast gəlinir.